Xəbər lenti

Klopp İbrahimoviçin yaşı ilə məzələndi
İdman09:41 10.12.2021

Klopp İbrahimoviçin yaşı ilə məzələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Milan"ın isveçli ulduzu Zlatan İbrahimoviçin yaşı ilə bağlı zarafat edib.
Qaynarinfo xəbər verir ki, alman məşqçi Çempionlar Liqasında "Milan”la oyunöncəsi İbrahimoviçlə bağlı fikirlərini bildirib. Klopp açıqlamasında "San Siro"da debüt etdiyi üçün həyəcanlı olduğunu söyləyib və İbrahimoviçi tərifləyib.
"54 yaşım var və ilk dəfədir ki, "San Siro"ya gəlirəm. Çox təəssüf, bu qədər gözləməli oldum. Bir neçə dəfə İtaliyada "Napoli", "Yuventus" və "Roma"ya qarşı oynamışam, amma heç vaxt burada olmamışam. Bura, həqiqətən də qeyri-adi bir stadiondur. İbrahimoviç əfsanədir. Adətən təqaüdə çıxandan sonra əfsanəyə çevrilirsən, amma o, artıq əfsanədir. Onun 40 yaşı var və hələ də oynayır. Möhkəm xarakterə malikdir, öz fikri var və insanların dediklərinə qulaq asmır. Bu, xoşuma gəlir. Ümid edirəm ki, onun oyundakı çıxışı da xoşuma gələr. İbrahimoviç ehtiyat oyunçular skamyamızda olan futbolçuların cəmi ilə eyni yaşdadır. 
İsveçli ulduz hələ də təqaüdə çıxmaq haqda düşünmür. İbrahimoviçin "Milan"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin italyan nəhənginin ulduz futbolçuya artıq yeni müqavilə təklif etdiyi bildirilir.
Bu mövsüm A Seriyasında 9 oyunda 6 qol vuran İbrahimoviç "Liverpul"la matça ilk "11-lik"də başlasa da, 90 dəqiqə ərzində fərqlənə bilməyib. Milan 4 xalla qrupda sonuncu yeri tutaraq Avropa ilə vidalaşarkən, İbrahimoviç Çempionlar Liqasının bu mövsümünü qolsuz başa vurub.
Səbuhi Həsənov