Xəbər lenti

“Kluba getdiyimə görə anam məni döydü” - Azərbaycanlı aktrisa
Maqazin11:01 09.04.2023

“Kluba getdiyimə görə anam məni döydü” - Azərbaycanlı aktrisa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktrisa Nərgiz Əliyeva özü barədə maraqlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, sənətçi anasının onu döyməsi haqqında "Gül kimi şou”da danışıb:
"Bizim məhəllədə internet klub var idi, bir dəfə anamdan gizlin həmin kluba getdim. O da gəlib məni döyüb, oradan çölə çıxarmışdı. Utandığımdan bir ay evdən bayıra çıxmadım”.
Aktrisanın sözlərinə görə, anasının onu döyməyinin əsas səbəbi internet sözünün yanındakı "klub” sözü olub:
"O vaxt internet klublara çox pis baxırdılar, anamı başa sala bilmirdim ki, bura bildiyimiz klublardan deyil və burada pis heç nə yoxdur”