Xəbər lenti

Köməksiz qalan 2 azyaşlı xilas edildi
Ölkə18:10 22.02.2019

Köməksiz qalan 2 azyaşlı xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Qaynarinfo  FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.