Xəbər lenti

Koalisiya qüvvələri Yəməndə toyu vurdu: 20 ölü, 40 yaralı
Dünya11:21 23.04.2018

Koalisiya qüvvələri Yəməndə toyu vurdu: 20 ölü, 40 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə toy mərasiminə hücum təşkil edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 20 nəfər ölüb, 40 nəfərin isə yaralandığı bildirilir. 
Hərbi təyyarələr Əlrəkah qəsəbəsində təşkil edilən toy mərasimini 2 dəfə bombalayıb. Ətrafdakı bina və maşınlara da zərər dəyib.
Ötən həftənin cümə günü də oxşar hadisə baş vermiş, koalisiya qüvvələri bazardan qayıdan mülki əhalini daşıyan avtobusu hədəf almış, 17 nəfər ölmüşdü.
Qeyd edək ki, Yəməndə hökümətin tərəfində olan koalisiya qüvvələri ilə İranın dəstəklədiyi Husilər arasında vətəndaş müharibəsi davam edir.
Gülşən