Xəbər lenti

Koçaryanla Sarkisyan Azərbaycana təhvil veriləcək? (ŞƏRH)
Siyasət 16:39 02.10.2023

Koçaryanla Sarkisyan Azərbaycana təhvil veriləcək? (ŞƏRH)

"Robert Koçaryanla Serj Sarkisyanın Azərbaycana təhvil veriləcəyini düşünmürəm".
 
Bunu Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə əlləri Azərbaycan xalqının qanına batmış Ermənistanın keçmiş prezidentləri Koçaryanla, Sarkisyanın Azərbaycana təhvil verilməsi məsələsini şərh edərkən deyib.

Zərdüşt Əlizadə bunun müxtəlif səbəbləri olduğunu bildirib: 
 


"Sözügedən iki şəxs Ermənistan vətəndaşıdır və orada yaşayır. Digər tərəfdən, onların təhvil verilməsinə nail olmaq üçün Azərbaycan İrəvanı tutmalı və bu canilər Nürnberq məhkəməsində olduğu kimi, hansısa bir beynəlxalq məhkəmənin qarşısına çıxarılmalıdır. Bunlar isə baş verməyib. Odur ki, Koçaryan, Sarkisyan və digərləri erməni xalqından oğurladıqları milyardları yeməkdə davam edəcəklər. Paşinyan istəsə də belə, Azərbaycanla sülh müqaviləsi bağlayandan sonra Koçaryanla Sarkisyanı Azərbaycana təhvil verə bilməz. Ermənistan qanunlarında öz vətəndaşını başqa bir ölkəyə təhvil verməsilə bağlı hər hansı bir məqam yoxdur”.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatından sonra dövlətimizə qarşı çıxaraq, qondarma rejimə xidmət etmiş cinayətkarlar bir-bir həbs olunurlar. Onlar törətdikəri cinayətlərə görə qanun qarşısında cavab verəcəklər. Bu fonda fikirlər səslənir ki, Ermənstanın keçmiş prezidentləri, cinayətkarların başında dayanan Koçaryanla Sarkisyan da Azərbaycana təhvil verilə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->