Xəbər lenti

“Körpü Tunel Tikinti”nin borcu 2 milyona yüksəldi
Ekonomiks08:27 13.10.2022

“Körpü Tunel Tikinti”nin borcu 2 milyona yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Akkord” şirkətinə daxil olan "Körpü Tunel Tikinti” MMC-nin dövlət vergi xidmətinə borcunun yenidən artığı məlum olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına məlumat yer alıb. 
Məlumata əsasən, "Körpü Tunel Tikinti” MMC hazırda vergi borcu 1 milyon 858 min 808 manatdır. 
Qeyd edək ki, şirkətin 06.02.2022-ci il tarixinə olan məlumata görə vergi borcu 358 258 manat olub.
Xatırladaq ki, "Körpü Tunel Tikinti” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 179 108 manatdır və qanuni təmsilçisi Javad Talıbovidir.
Əhməd