
“Ölkədə fəaliyyət göstərən kolbasa sexləri ciddi nəzarətə götürülüb”.
Bunu “Virtualaz.org” saytına açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Şöbə müdiri bildirib ki, sexlər yalnız baytar nəzarətindən keçmiş ətlərdən istifadə edə bilərlər: “Bölgələrdə iribuynuzlu heyvanlar arasında yayılan virusun insana keçmədiyi bildirilsə də nəzarət tədbirləri həyata keçiriləcək. Üstəlik, yalnız kolbasa sexləri deyil, eləcə də mal ətindən istifadə edən digər istehsal müəssisələrində nəzarət tədbirləri aparılacaq”.