
39 gün komada olan əsgər Abdulzadə Toğrul Təyyar oğlunun vəziyyəti 3 gündür ki, ağırlaşıb.
Başından güllə yarası alan əsgər kritik vəziyyətdədir, ölümlə mübarizə aparır. Həkimlərin dediyinə görə, artıq beyinlə əlaqə tam kəsilib.
Xatırladaq ki, Abdulzadə Toğrul Təyyar oğlu 30 mart 2013-cü il tarixdə əsgər yoldaşı Əliyev Samir tərəfindən başından güllə yarası almışdır. Bir həftə Gəncə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib.
Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə vurduğunu deyib.
Toğrulun valideynləri və qohum-əqrəbası müdafiə naziri Səfər Əbiyevin istefası tələbi ilə yaxın günlərdə davamlı etirazlara başlayacaqlarını deyirlər.
Qaynar.info