Xəbər lenti

Komandanın avtobusuna bomba atdılar, futbolçular yaralandı
İdman06:48 25.02.2022

Komandanın avtobusuna bomba atdılar, futbolçular yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliya kubokunda "Bahia" və "Sampaio Korrea" arasında keçirilən matçdan əvvəl qorxulu anlar yaşanıb.
Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, "Bahia"nın avtobusuna partlayıcı qurğu atılıb. Hadisə komandanın ev oyunarını keçirdiyi "Fonte Nova"nın yaxınlığında baş verib. Nəticədə avtobusun şüşələri qırılıb, şoka düşən futbolçular qorxu dolu anlar yaşayıb. Partlayıcıdan çıxan qəlpələr komandanın üzvlərindən 33 yaşlı qapıçı Danilo Fernandesin üzünə dəyib. Hücumdan zərər çəkən Fernandes və digər futbolçular yaxınlıqdakı xəstəxanaya aparılıb. Partlayıcılar ətrafdakı vasitələrə də zərər verib.
Bu hücumun səbəbi kimi komandanın aşağı liqaya düşməsi göstərilir. Braziliya A Seriyasını tərk edən "Bahia"nın bəzi azarkeşləri zaman-zaman komandaya şiddətli reaksiyalar verməkdən çəkinmir. 
Hadisələrdən sonra Bahia komandasının məşqçisi Quto Ferreyra üsyan edib: 
"Qəlpələr iki futbolçumuza dəyib. Danilo görmə qabiliyyətini itirmək üzrə idi. İndi o, xəstəxanadadır və müalicə olunur. Bu axmaqlıqdır. İnsanlar düşünür ki, belə hərəkətlər futbolçuları daha yaxşı çıxış etmək üçün qorxudur. Niyə belə düşünürlər, bu cür davranırlar? Problemləri belə həll etmək olmaz. Komanda öz rənglərinə hörmət olaraq ləyaqət və peşəkarlıq adına oynayacaq".
Hadisəyə baxmayaraq "Bahia" meydandan 2:0 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib. 
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //
Səbuhi Həsənov