Xəbər lenti

Kompüter modellərinin COVİD proqnozu xəyal qırıqlığı yaratdı
Dünya15:08 23.12.2020

Kompüter modellərinin COVİD proqnozu xəyal qırıqlığı yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Microsoft-un qurucusu Bill Geyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o bu haqda öz Bloqunda yazıb və yaxın aylarda mənfi bir ssenarinin baş verəcəyindən qorxduğunu qeyd edib: peyvəndlərin olmasına baxmayaraq, vəziyyət daha da pisləşəcək: 
"Biz hələ çətinliklərdən qurtarmamışıq", - Geyts deyib.
Onun sözlərinə görə, dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı haqda xoşagəlməz proqnoz kompüter modellərinin təhlili əsasında əldə edilib. 
Geyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib. Eyni zamanda, o, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insanın olmasından narahatdır.
Alpər