Xəbər lenti

Konfrans Liqası matçından öncə azarkeşləri "tələyə" saldılar
İdman09:00 19.03.2022

Konfrans Liqası matçından öncə azarkeşləri "tələyə" saldılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Konfrans Liqasında PSV səfərdə "Kopenhagen"i 4:0 hesabı ilə məğlub edib.
Qaynarinfo xəbər verir ki, Eyndhoven təmsilçisinin matçdan öncə qurduğu "tələ" sosial mediada maraqla qarşılanıb. 
"Ritzau" agentliyinin verdiyi məlumata görə, "Kopenhagen"in azarkeşləri matçdan bir gün əvvəl PSV-nin qaldığı otelin qarşısında atəşfəşanlıq etmək və futbolçuları yuxusuz qoymaq üçün plan qurublar.
Ancaq onların planı niderlandlıların avtobus "tələ"si ilə pozulub. Belə ki, oyundan əvvəl komandanın avtobusu bilərəkdən başqa bir otelin qarşısında park edilib. Xəbərə görə, danimarkalı azarkeşlər buna aldanaraq yanlış otelin qarşısında atəşfəşanlıq təşkil ediblər.
"PSV"nin ulduzu Mario Götze matçdan sonra bunları deyib: "Biz komandanın avtobusunu qəsdən başqa bir otelin qarşısında saxladıq. Bunun sayəsində bütün gecəni çox yaxşı yatdım".
Səbuhi Həsənov