Xəbər lenti

Konfrans Liqası: "Neftçi" maksimum nəticə
İdman15:03 03.08.2023

Konfrans Liqası: "Neftçi" maksimum nəticə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Qaynarinfo-nun məlumatına görə, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın "Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, "Neftçi”ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb və qarşılaşmada son nöqtəni qoyub.
Qeyd edək ki, "Neftçi” III təsnifat mərhələsində "Beşiktaş” (Türkiyə) - "Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
3 avqust
Neftçi (Azərbaycan) - Jelezniçar (Bosniya və Herseqovina) 2:0
Qollar: Kenni Sayef, 20. Yuri Matias, 68.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Baş məşqçi: Adrian Mutu.
Jelezniçar: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Baş məşqçi: Nermin Başiç.
Baş hakim: Balaş Berke (Macarıstan).
İlk oyun - 2:2.
8-ci km stadionu.