Xəbər lenti

Konfrans Liqası: "Sabah"dan uğurlu start
İdman06:48 26.07.2023

Konfrans Liqası: "Sabah"dan uğurlu start

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.
Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.
Beləliklə, Azərbaycan klubu avrokuboklardakı debüt matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.
Konfrans Liqası
26 iyul
20.00 RFŞ (Latviya) - Sabah (Azərbaycan) 0:2
Qolkar: Boyqn Letiç, 22. Davit Volkov, 56.
RFŞ: 1. Pavel Şteynbor, 7. İsmael Diomande, 10. Emerson, 11. Roberts Savaļniyeks. 17. Sedrik Kuadio, 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 26. Stefan Panits, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek.
Ehtiyat oyunçular: 13 Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniels Ontujans, 9. Yanus İkauniyeks, 18. Dmitri Zelenkov, 22 Darko Lemayiç, 52. Martsis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko.
Baş məşqçi: Viktor Moroz.
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 44. Sofian Çakla, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 18. Davit Volkov, 9. Anatoli Nuriyev, 77. Namik Ələskərov.
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vinsent Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Alekperov, 22. Seymur Məmmədov, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Murad Musayev.
Baş hakim: Yan Maxalek (Çexiya).
Yurmala. Sloka stadionu.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.
Səbuhi Həsənov