
ABŞ Konqresinin Nümayəndələr Palatası iyunun 4-də Quantanamo həbsxanasının bağlanması ilə bağlı təklif olunan qanun layihəsinin əleyhinə səs verib.
Qaynar.info-nun məlumatına görə, qanun layihəsinin lehinə 169, əleyhinə isə 279 konqresmen səs verib.
Bu qərarı ilə Nümayəndələr Palatası ABŞ prezidenti Barak Obamanın Kubadakı Quantanamo hərbi bazası daxilində yerləşən həbsxananın bağlanması təklifini rədd etmiş oldu.
Qeyd edək ki, Obama bir neçə dəfə bu həbsxananı bağlayacağını söz vermişdi.
Qaynar.info