Xəbər lenti

Konsert salonunda atışma: 2 ölü, 2 yaralı
Dünya15:29 31.12.2016

Konsert salonunda atışma: 2 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Konnektikut ştatının Uollinqford şəhərində “Oakdale Theatre” konsert salonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Mik Mill (Robert Rimik Uilyams) adlı reperin konserti başa çatandan sonra olub.
Müğənni konsertini bitirib, avtomobilinə gedərkən arenanın çıxışında odlu silahdan atəş açılıb.
Xəbərə görə, atəş açılan zaman reper güllə yarası alanlardan birinin yanında olub.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Qaynarinfo.Az