Xəbər lenti

Koreyada təhsil almaq istəyənlərin nəzərinə!
Ölkə15:40 19.02.2019

Koreyada təhsil almaq istəyənlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər. 
Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən ödəniləcək. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir. 
Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. 
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.