Xəbər lenti

Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır (SİYAHI)
Dünya05:15 11.04.2020

Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün ərzində dünyada koronavirusa yoluxanların sayı 1,699,631 nəfərə çatıb.
Qaynarinfo bu barədə onlayn statistikaya istinadən xəbər verir.
Virusdan 102,734 nəfər həyatını itirib, 376,327 nəfər isə sağalıb.
Son məlumatlara əsasən, ABŞ-da COVID-19-a yoluxanların sayı yarım milyonu ötüb. 18,747 nəfər isə həyatını itirib. Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə liderlik edir. 
Böyük Britaniya yoluxanların sayına görə (73,758 nəfər) İranı (68,192) ötərək, Çinə (81,953 nəfər) yaxınlaşıb.
Türkiyə isə doqquzuncu pilləyə qalxaraq, İrana yaxınlaşır. Belə ki, ölkə ərazində 47,029 yoluxma halı qeydə alınıb.