Xəbər lenti

Koronavirus infeksiyasının 7 il davam edəcəyi realdırmı? - Professor
Ölkə07:14 06.02.2021

Koronavirus infeksiyasının 7 il davam edəcəyi realdırmı? - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirus infeksiyasının 7 il davam edəcəyi real görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun fikrincə, bu, daşıyıcı virusdur, daima mutasiyaya uğrayır:
"Bu səbəbdən də onun 7 il müddətinə davam gətirməsi real görünmür".
Koronavirus pandemiyasının sönməsi üçün yer əhalisinin 75%-nin peyvənd edilməsi məsələsinə gəlincə, Adil Qeybulla qeyd edib ki, "Bloomberg" kollektiv immunitetinin yaranmasını nəzərdə tutur:
"Bu, həmin pandemiyalardan deyil. Koronavirusun insan orqanizmində lövbər salması üçün mexanizmlər yoxdur. Ona görə də bu, real məsələ deyil. Hesab edirəm ki, epidemioloji coğrafiya da fərqlidir. Hər ölkə öz əhalisi haqqında düşünməldir. Azərbaycana gəldikdə, bizdə Abşeron və Bakı əhalisinin böyük əksəriyyəti xəstələnib. 20-25% insanın vaksinasiya olunması vəziyyəti xeyli dəyişə bilər".
Qeyd edək ki, "Bloomberg”in məlumatına görə, koronavirus pandemiyasının sönməsi üçün yer əhalisinin 75%-ni peyvəndləmək lazımdır, buna isə indiki templə yeddi il lazım olacaq. 
Bahar Rüstəmli