Xəbər lenti

Koronavirus: Kosmosa uçacaq yeni heyət izolyasiya edildi
Dünya08:48 21.03.2020

Koronavirus: Kosmosa uçacaq yeni heyət izolyasiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ruslar Anatoli İvanişin və İvan Vaqner, habelə aprel ayında kosmosa yola düşəcək amerikalı Kristofer Kassididən ibarət yeni Beynəlxalq Kosmik Stansiya ekipajı təcrid edilib.
Qaynarinfo xəbər verir ki, Kosmonavt Təlim Mərkəzinin (KTM) məlumatına görə, astronavtlarla digər insanlar arasında əlaqə minimuma endirilib.
KTM həmçinin, Baykonura gediş-gəlişi təmin edən işçilərin "xəstəliklərə görə hər gün yoxlanıldığını" bildirib.
Bundan əvvəl bildirilib ki, koronavirusun yayılması səbəbindən Soyuz MS-16-nın ekipajı və onların əvəzedici heyətinə ulduz şəhərciyini tərk etmək qadağan edilib.