Xəbər lenti

Koronavirus pandemiyası 2022-ci ilə qədər davam edə bilər
Dünya11:49 15.04.2020

Koronavirus pandemiyası 2022-ci ilə qədər davam edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Harvard Universitetinin İctimai Səhiyyə Fakültəsində çalışan alimlər koronavirus səbəbindən qoyulan sosial məsafə qaydalarının 2022-ci ilə qədər davam edəcəyini proqnozlaşdırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Science nəşri araşdırma yayımlayıb. Məlumata görə, Cənubi Koreya və Sinqapurda aparılan tədqiqatlar zamanı sosial məsafəni qorumağın səhiyyə sistemi üzərindəki yükü azaltdığı məlum olub.
"Kovid-19 ortadan qalxsa belə vəziyyət yaxından izlənilməlidir. Çünki 2024-cü ilin sonuna doğru epidemiya yenidən yayıla bilər", - deyə məqalədə qeyd olunub.
Camal