Xəbər lenti

Korrupsiyada ittiham olunan baş nazir ölkədən qaçdı
Dünya08:53 28.08.2017

Korrupsiyada ittiham olunan baş nazir ölkədən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Taylandın sabiq baş naziri Yinqlak Şinavatra ölkədən qaçıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, korrupsiyada ittiham edilən sabiq nazirin Dubaya qaçdığı deyilir. Şinavatranın ölkəni qeyri-qanuni şəkildə əvvəlcə Kambocaya, sonra Sinqapur, daha sonra isə Dubaya getməsi barədə məlumat verilir. Şinavatranın qardaşı Taksin Şinavatra da keçmiş baş nazirdir və 2008-ci ildə ona verilən həbs cəzasından qaçaraq Dubaya sığınıb. 

Qeyd edək ki, ölkəyə milyardlarla dollar zərər vurmaqda ittiham edilən sabiq nazir 10 il müddətinə azadlıqdan məhrum edilə və siyasətdən ömürlük uzaqlaşdırıla bilər.

Gülşən

Qaynarinfo.Az