Yaponiyanın Ədliyyə naziri Katsuyuki Kavay istefa verib.
Qaynarinfo xəbər verir ki, nazir istefa ərizəsini Baş nazir Şinzo Abeyə təqdim edib. İstefaya səbəb nazir və həyat yoldaşına qarşı irəli sürülən seçki prosesi ilə əlaqədar korrupsiya ittihamlarıdır. O, ittihamları rədd etsə də, istefa qərarı verib.
Qeyd edək ki, bu, Yaponiyada son bir həftədə 2-ci istefadır. Ötən cümə Ticarət naziri İsşu Suqavara seçki prosesində tərəfdarlarına hədiyyə və pul təklif etdiyi üçün istefa verməyə məcbur qalmışdı.
Gülşən