Xəbər lenti

Kralın vaxtı yoxdur, şahzadə Harri ilə görüşməyəcək - KİV
Dünya 19:54 03.09.2023

Kralın vaxtı yoxdur, şahzadə Harri ilə görüşməyəcək - KİV

Böyük Britaniya Kral III Çarlz şahzadə Harri ilə görüşməyəcək, çünki onun vaxtı yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.

"Kralın oğlunu görməyə gündəliyində vaxt yoxdur", deyə qəzet mənbəyə istinadən bildirib.

Qeyd edək ki, daha əvvəl "Times" şahzadə Harrinin kraliça II Elizabetin ölümünün birinci ildönümü ərəfəsində keçiriləcək xeyriyyə mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün Böyük Britaniyaya qayıdacağını, kral ailəsinin üzvləri ilə görüşmək fikrində olmadığını bildirib.

Şahzadə Diananın keçmiş köməkçisi Pol Burrel daha əvvəl bildirmişdi ki, III Çarlz şahzadə Harrini və onun həyat yoldaşı Meqan Marklı II Elizabetin ölümünün birinci ildönümünə dəvət etməyib, çünki burada monarxın ailəsinin yalnız yaxın üzvləri iştirak etməlidir.

2020-ci ildə Harri və Meqan Markl kral ailəsi ilə münaqişədən sonra kral vəzifələrini yerinə yetirməkdən imtina edərək, Böyük Britaniyanı tərk edib. 2021-ci ilin mart ayında cütlük "Oprah Winfrey"ə qalmaqallı bir müsahibə verib və orada qohumlarını laqeydlikdə, daimi təzyiqdə və hətta irqçilikdə ittiham ediblər. O vaxtdan bəri cütlüyün kral sarayı ilə münasibətləri gərgin olaraq qalır.

70 ildən çox taxtda olan II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında Şotlandiyada vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da baş tutub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->