Siyasət 13:46 11.01.2023

Kreml Paşinyana cavab verdi: Qarabağa BMT sülhməramlıları necə gələ bilər?

Kreml Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qaynarinfo Mk.ru-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın Qarabağa BMT sülhməramlı missiyasının gəlməsi ilə bağlı çıxışından danışıb.

Peskov bildirib ki, Qarabağa BMT sülhməramlı missiyası hər iki tərəfin razılığı ilə göndərilə bilər: "Müxtəlif səviyyələrdə daimi işgüzar təmaslar var. Ancaq aydındır ki, istənilən missiya yalnız iki tərəfin razılığı ilə göndərilə bilər".

Ermənistan baş naziri dünən keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir: "Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.

Aydın