"Moskva Rusiyada qadağan olunmuş terror təşkilatı olan "İslam Dövlətinin" Putini hədələyən videogörüntülərinə lazımi diqqətlə yanaşır". Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib. "Sözügedən məlumat antiterror işinə və təhlükəsizlik təminatına cavabdeh olan xüsusi xidmət orqanlarımız tərəfindən araşdırlır.
O həmçinin qeyd edib ki, belə hədələr Rusiyanın antiterrora qarşı mübarizə ilə bağlı siyasətinə təsir edə bilməz. Bununla belə Kreml sözçüsü bu cür təhlükələri şişirtməməyi tövsiyyə edib. Deyib ki, terrorçu qruplaşmaların bu cür metodlardan istifadə etməsi adi haldır".
Qeyd edək ki, 31 iyulda internetdə yayılmış 10 dəqiqəlik videoçarxda terrorçu Rusiya prezidentini və rusiyalıları hədələyib.
Qızılgül
Qaynarinfo.Az