Xəbər lenti

Kremlin əsas ideoloqu planları açdı: Putin Rusiya imperiyasını belə bərpa edir...
Dünya10:51 22.08.2023

Kremlin əsas ideoloqu planları açdı: Putin Rusiya imperiyasını belə bərpa edir...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı müharibə imperiyanın bərpasının ilk həlledici aktıdır. Yəni 1991-ci ilin fəlakətli nəticələrinin aradan qaldırılması. Keçmiş SSRİ respublikalarının və keçmiş sosialist düşərgəsi ölkələrinin Qərb koalisiyasında iştirak etməsi və xüsusilə fəal olması Qorbaçovun və Yeltsinin cinayətlərinin bilavasitə sübutudur. Bu gün biz bu cinayətlərə qarşı mübarizə aparırıq, bu cinayətlərin özü də bizə qarşı mübarizə aparır.
Qaynarinfo xəbər verir ki, bu sözləri Aleksandr Duqin öz "Telegram" kanalında yazıb.
Qısa arayış: Aleksandr Duqin rus filosofu, politoloq, "Rus dünyasının” ən görkəmli ideoloqlarından biridir. 2000-ci illərin əvvəllərindən o, keçmiş SSRİ-nin bütün ölkələrini birləşdirməli olan Avrasiya İttifaqının yaradılması ideyasını müdafiə edir. Onun əsas nəzəriyyələrindən biri Rusiya ilə "kollektiv Qərb” arasındakı qarşıdurma ətrafında qurulub. Bir çoxları Duqini, əslində, faşist ideyalarını təbliğ etməkdə ittiham edir.
Duqinin yazısını təqdim edirik: 
Moskvaya yeni PUA hücumları. Və Bryanska. Krım da hücuma məruz qalır. Digər rus torpaqları, şəhərləri, qəsəbələri və kəndləri kimi. Bəli, bu müharibədir.
Xalqımızın, o cümlədən paytaxtın həyatına getdikcə daha çox daxil olan bu müharibənin mənşəyini zaman-zaman xatırlatmağa dəyər. Bütün səbəblər 80-ci illərin yenidənqurmasına və 90-cı illərin liberal islahatlarına gedib çıxır. Bunu da, indi də ən böyük tarixi cinayətdən başqa cür qəbul etmək olmaz. SSRİ-nin tüstülənən xarabalıqları üzərində yüksələn elita ən yaxşıların seçimi deyil, rusofob ziyalılar, Qərb kəşfiyyat agentləri və mütəşəkkil cinayətkarlıqla ittifaqda degenerasiyaya uğramış, qəddar partiya nomenklaturasının hakimiyyəti uğurla ələ keçirməsidir. 
Onlar İmperiyanı məhv etdilər və bir sıra aqressiv "failed states”lərin (uğursuz dövlət – red.) yaranmasına səbəb oldular. Üstəlik, Rusiyanın özünü Qərbin müstəmləkəsinə çevirməklə, geosiyasi düşmən ideologiyasını tam qəbul etməklə sivilizasiya kapitulyasiyasına əl atdılar. İnsanlar bunu o vaxt da anlayırdı, indi də başa düşür. Amma ümumilikdə elita həmin elita olaraq qalır. "Xüsusi hərbi əməliyyat”a (dırnaq işarələri redaksiyadandır) baxmayaraq.
Burada aydın bir meyar var: dövlət Qorbaçovun və Yeltsinin, eləcə də onların bilavasitə tərəfdarlarının tarixi əməllərini açıq və birmənalı şəkildə pisləyəndə, yalnız bundan sonra əsl dönüş başlayacaq. SSRİ-yə qayıdış deyil, İmperiyanın dirçəlişinə doğru dönüş.
İmperiyanın bərpası üçün üfüq olmadan, "xüsusi hərbi əməliyyat”ın geniş ərazisi və onun məqsədlərinə əsaslanan suveren rus sivilizasiyası qurulmadan onun məntiqi anlaşılmaz və əlçatmaz olaraq qalacaq. İnsanlarımızın niyə cəbhələrdə həlak olması, düşmənlərin Moskvaya hücumu da aydın deyil.
90-cı illərin sonlarında eyni elitanın meydana çıxması ilə Rusiyanın özü dağılanda və İslam ekstremistlərinin simasında olan düşmən də Moskvaya hücum edərək evləri partladanda buna cavab Putin oldu. O, Rusiyanın bu parçalanma kursunu sərt şəkildə yatırtdı, İkinci Çeçenistan müharibəsində qalib gəldi, Rusiyanı birləşdirdi və qorudu. Bu, əsl qəhrəmanlıq idi və belə də qalır. Bunun sayəsində bu gün biz 90-cı illərdə vətənpərvərlərin daha çox utandıqları Rusiya bayrağı ilə fəxr edə bilərik. 90-cı illərin liberal elitasına ilk zərbə vuruldu. Həmin vaxt onlar ilk dəfə sərt müxalifət yolunu tutdu və bir qismi ölkədən qaçdı. Lakin əksəriyyət Putinə adaptasiya oldu, kölgəyə çəkildi, eyni zamanda geosiyasi düşmən olan Qərbin dəyərlərini təbliğ etməyə davam edərək vətənpərvərlik dönüşünü şiddətlə əngəlləyirdi.
Rusiyanı gücləndirən və onun dağılmasının qarşısını alan Putin SSRİ-nin dağılmasının nəticələri ilə üzləşdi.
2008, 2014 və nəhayət "xüsusi hərbi əməliyyat”.
Yenə də hər mərhələdə liberal elitanın fraqmentləri, SSRİ-ni dağıdan eyni inancın parçaları hissə-hissə müxalifətə keçərək Qərbə qaçırdılar. Ən çox "xüsusi hərbi əməliyyat”ın başlaması ilə.
Ukraynadakı müharibə imperiyanın bərpasının ilk həlledici aktıdır. Yəni 1991-ci ilin fəlakətli nəticələrinin aradan qaldırılması. Keçmiş SSRİ respublikalarının və keçmiş sosialist düşərgəsi ölkələrinin Qərb koalisiyasında iştirak etməsi və xüsusilə fəal olması Qorbaçovun və Yeltsinin cinayətlərinin bilavasitə sübutudur. Bu gün biz bu cinayətlərə qarşı mübarizə aparırıq, bu cinayətlərin özü də bizə qarşı mübarizə aparır.
"Xüsusi hərbi əməliyyat”ın növbəti addımı 80-90-cı illərin hadisələrinin açıq və dürüst radikal şəkildə pislənməsi və elitanın son həlledici rotasiyasıdır.
Artıq tarixin növbəti səhifəsindəyik. İmperiyamız hücum edir, lakin düşmən yenə də vəhşicəsinə müqavimət göstərir və daha güclü zərbə vurmağa çalışır. Və eyni zamanda, elitanın şüuru patoloji olaraq baş verənlərdən geri qalır, var gücü ilə oyanışı ləngitməyə və yeni tarixi mənzərənin aydın konturlarını söndürməyə çalışır. Buna baxmayaraq, müharibənin hər günü, düşmənin hər bir zərbəsi və ya sadəcə bir dişləməsi, bizim hər bir şücaətimiz və hər qurbanımız şüur anını - dolayısıyla hökm anını və İmperiya anını qaçılmaz şəkildə yaxınlaşdırır.
Hər şeyi geri alacağıq. Yəni, irəli!
Nizami Bağırov