Xəbər lenti

Körfəz böhranı ilə əlaqədar 5 nəfər həbs edilib
Dünya12:46 26.08.2017

Körfəz böhranı ilə əlaqədar 5 nəfər həbs edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətər baş prokuroru körfəz böhranında günahkar bilinən 5 nəfərin həbs edilməsi barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, həbs edilənlər 5 iyunda Qətər İnformasiya Agentliyi olan QNA-nın kiber hücuma məruz qalmasında və mətbu orqanın efirində yayımlanan saxta görüntülərin hazırlanmasında günahkar bilinirlər. Qətər baş prokuroru Əli İbin Fətais Əl Mərri 5 nəfər şübhəlinin Türkiyədə həbs edildiyini deyib. Baş prokuror bu şəxslərin sorğu prosesinə daxil edildiklərini desə də, hansı ölkənin vətəndaşları olmaları və digər informasiyalar barədə məlumat verməyib. 

Qeyd edək ki, Qətər İnformasiya Agentliyi 5 iyunda kiber hücuma məruz qalmış və efirdə Qətər şeyxi Əl Saninin ABŞ əleyhinə, İran lehinə fikirlər səsləndirdiyi görüntülər verilmişdi. Bu hadisə körfəz ölkələrinin Qətərdən üz döndərməsinə və sanksiya tətbiq etmələrinə səbəb oldu. Lakin Qətər bu iddiaları rədd edir, onlara oyun qurulduğunu və böhtan atıldığını iddia edir.

Gülşən

Qaynarinfo.Az