Xəbər lenti

Krımın 15 hərbi hissəsi ruslar tərəfə keçdi
Dünya09:25 04.03.2014

Krımın 15 hərbi hissəsi ruslar tərəfə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın 15 hərbi hissəsi Krım Muxtariyyətinin tərəfinə keçib.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna mətbuatına Krım Muxtariyyətinin Nazirlər Kabinetində olan etibarlı mənbə məlumat verib.

Məlumatda bütün sərhəd qoşunlarının Krım Muxtariyyətini dəstəklədiyi bildirilir: “Krım Muxtariyyətinin tabeliyinə bütün sərhəd qoşunları, daxili qoşunlar və iki aviabaza daxil olub. Bizim hesablamalarımıza görə, bu hərbi hissələrdə 40 tank, 90 PDM(BMP), 52 təyyarə və 120 min müxtəlif atıcı silahlar yer alıb”.

Xatırladaq ki, Krım Muxtariyyətinin hazırkı hökuməti rusyönümlüdür və yeni hökumətin parlament tərəfindən naməlum silahlıların təzyiqi ilə təsdiqləndiyi barədə məlumatlar mövcuddur.

Qaynar.info