Xəbər lenti

Kriştiano Ronaldo Çinə transfer oluna bilər
İdman09:47 21.03.2018

Kriştiano Ronaldo Çinə transfer oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Quanqzu Everqrande"nin sabiq baş məşqçisi Luis Felipe Skolari Kriştiano Ronaldo ilə bağlı gözlənilməz açıqlama verib.
Qaynarinfo xəbər verir ki, "Esporte İnterativo" saytına açıqlama verən mütəxəssis "Real"ın portuqaliyalı ulduzunun ondan Çindəki həyatla bağlı məlumatlar aldığını bildirib: "Onda dedim ki, Çinə getmək fürsəti olsa, bundan imtina etməsin".
İspaniyada vergi ilə bağlı problemlər yayaşan futbolçunun vəziyyət düzəlməyəcəyi halda "Real"dan ayrılacağı deyilir. Skolarinin bu açıqlaması onun Çinə üz tuta biləcəyi ilə bağlı iddialara səbəb olub.