
Kuba prezidenti Raul Kastro yenidən dövlət başçısı seçilib.
Qaynar.info-nun məlumatına görə, AİN xəbər agentliyi Raul Kastronun fevralın 4-də təsdiq edilmiş yeni Məclis tərəfindən növbəti 5 ildə Şura sədrliyinə seçildiyini xəbər verib.
Rejimin ikinci güclü şəxsi isə 53 yaşlı Migel Diaz-Kanel olub.
Kastro bir neçə gün əvvəl verdiyi açıqlamasında, "Vəzifəmdən ayrılacağam. 82 yaşımı bitirmək üzrəyəm. Təqaüdə çıxmaq haqqım var. Mənə inanırsınızmı?" deyə zarafat etmişdi.
Raul Kastro qardaşı Fidel Kastronun səhhətindən problemlər yarandığı üçün 2006-cı ildə müvəqqəti olaraq prezident postuna əyləşmişdi. 2008-ci ilin fevral ayında isə Fidelin təqaüdə çıxmasından sonra rəsmən ölkə prezidenti olmuşdu.
Qaynar.info