
Smartfonların və internetin, Facebook, Google, Skype, Amerika film və musiqilərinin gəlişi ilə Fidel Kastronun dövründə doğulmuş gənclər yeni inqilabla üzləşiblər.
Qaynarinfo.Az xəbər verir ki, gənc Kubalılar yalnız geyim və danışıq tərzlərini deyil, bir-biriləri ilə və dünya ilə ünsiyyət qurmaq üsulunu da də dəyişiblər.
1. Çoxları razılaşar ki, son 20 ildə Kubada baş vermiş dəyişikliklər və islahatlar içərisində ən böyüyü 2015-ci ilin iyulunda internetin ölkəyə gəlişidir. Baxmayaraq internet olduqca zəif və bahadır, 1959-cu il inqilabından sonra Kubalılar ilk dəfə dünyaya çıxış əldə etdilər.
İnternet yalnız seçilmiş otel dəhlizlərində, ictimai meydan və parklarda mümkündür. Ona görə də indi belə parklar insanların ən çox gördüyü və göründüyü yerlərdir.

2. Əsas şəhərlərdən biri Sankti-Spiritusda yeganə smartfon təmirçisi olan Omer Gosman işlərinin əla getməsindən çox məmnundur. Bütün yaxın əyalətlərdən gələn müştərilər Gosmanın qəbuluna düşmək üçün bəzən 3-4 saat növbələrdə dayanırlar. İnsanlar onu zarafatla “şəhərin yeni Kralı” adlandırır. Smartfon istifadəçilərinin sayının artması gənc nəsil üçün həm də çoxlu yeni iş və biznes imkanları yaradıb.

3. Kubada hətta bu gün də kommersiya elanlarına rast gəlmək mümkün deyil. Lakin internet bu gün ölkəni xarici mədəniyyətlə “doldurub”. Amerika kinoları, Avropa dəbi, Cənubi Koreya pop musiqisi Kubalı gəncləri dünya mədəniyyətinə yaxınlaşdırır. Şəkli çəkilmiş aşağıdakı gənc qız 15-ci doğum gününü qeyd edir və fotoçəkilişlər etdirir. Yerli sakinlər söyləyir ki, artıq Havanada doğum günündə fotosessiya etdirmək çox məşhur dəb olub.

4. Kiçik və havalandırma sistemi olmayan mənzillərdə yaşayan böyük ailələr uşaqlarını daima vaxtı çöldə keçirməyə göndərirlər. Son vaxtlara qədər hər küçədə, hər küncdə qaçdı-tutdu, kəndirdən tullanma, gizlənqaç oynayan uşaqlar artıq bunları smartfon oyunlarına dəyişiblər. Aşağıdakı şəkildə bir qrup Kubalı yeniyetmə qız əsası 500 il əvvəl qoyulmuş köhnə Trinadad şəhərində “Angry Birds” oynayırlar.

5. Küçələri gəzdikcə siz həqiqətən də dəyişiklikləri görə bilərsiniz. Doğrudur, keçmişin izləri hələ də üstünlük təşkil edir, lakin gələcək də öz yeni imkanları ilə az qala hər küncdə görünür. Turizmin isə sürətli inkişaf etməsinə baxmayaraq, nəhəng səyahət gəmiləri Kuba sahillərində nadir görüntü hesab edilir və bu mənzərə yerli əhali arasında böyük həyəcana səbəb olur. Aşağıdakı şəkildə göründüyü kimi, bir gəmi Havana limanına yaxınlaşır və yüzlərlə yerli sakin onu izləmək və selfi çəkdirmək üçün limana toplaşıb.

Elçin Mahmud
Qaynarinfo.Az