Xəbər lenti

Küçədə arvadını öldürdü, özünü bıçaqladı - Bakıda DƏHŞƏTLİ QƏTL
Ölkə06:03 15.12.2016

Küçədə arvadını öldürdü, özünü bıçaqladı - Bakıda DƏHŞƏTLİ QƏTL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qətl törədilib.

Qaynarinfo.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında arvadı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Qətlin motivi hələlik məlum deyil.

Qaynarinfo.Az