Xəbər lenti

Küçədə çürüyən milyonlar - FOTOLAR
Dünya07:57 05.04.2017

Küçədə çürüyən milyonlar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qara qızıl" bumunun başlaması bir sıra Şərq ölkələrini ağ günə çıxardı. Onlardan ən böyüyü isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi , Küveyt kimi ölkələrdir.

Ölkəyə axan milyonlardan ən çox faydalanan şəhərlərdən biri də Dubay oldu. Məhz bu pullar sayəsində səhra olan şəhər bir neçə il ərzində dünyanın ən lüks şəhərinə çevrildi. Şəhərdə milyonçuların sayı günbəgün artdı. 

Şəhərin küçələrinə baxmaqla belə insanların dollar axınından necə "faydalandıqlarını" görmək olar. Dubay küçələri atılmış, sahibsiz milyonlarla dollarlıq lüks maşınlarla doludur. Bu şəhərin küçələrində addımbaşı toz basmış "Rolls-Royce", "Bentley", "Ferrari" və "Porsche" görmək adi hal alıb. 

Xüsusi ilə Dubay Hava Limanının avtodayanacağı belə maşınlarla doludur.

Qaynar.Az