Xəbər lenti

Kuleba: Ukrayna NATO sammitindən bloka daxil olmaq üçün dəvət gözləyir
Dünya06:52 15.04.2023

Kuleba: Ukrayna NATO sammitindən bloka daxil olmaq üçün dəvət gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna NATO-nun Vilnüs sammitinin bloka qoşulmağa dəvətdən başqa heç bir qərarı ilə kifayətlənməyəcək.
Qaynarinfo RBC-ya istinadla xəbər verir. Sosial şəbəkələrdə yayımlanan çıxışı zamanı Kuleba vurğulayıb ki, əgər müttəfiqlər açıq qapı siyasətini "sadəcə 130-cu dəfə təsdiq etsələr” və Ukraynanın NATO-ya üzvlüyü istiqamətində "bir addım da atmasalar”, Kiyev üçün bu, sammitin "qəbuledilməz nəticəsi" olacaq.
"Vilnüsdə NATO üzvlüyə doğru addım atmalı və "indi” ilə Ukraynanın NATO-ya üzv olduğu an arasında Ukrayna üçün təhlükəsizlik təminatları baxımından nə baş verəcəyinə qərar verməlidir”, - o vurğulayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitindən "güclü addımlar gözləyir, nəinki sadəcə açıq qapılar”.
Alpər