
İraq Kürd Muxtariyyərinin təşkil etdiyi, lakin İraq höküməti başda olmaqla bir çox dövlətin etiraz etdiyi müstəqillik referendumu üçün ilk səs verilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, referendum üçün ilk səs Çindən elektron formada verilib. Müstəqillik referendumun tarixi 25 sentyabra təyin edilib, lakin elektron səsvermənin 23 sentyabrdan start götürəcəyi bildirilmişdi.
Qeyd edək ki, bölgə rəhbəri Məsud Bərzani bu günə qədər ABŞ, Rusiya, Türkiyə kimi ölkələrin və BMT-nin müraciətinə mənfi cavab verərək referendumun ləğvi və ya təxirə salınmasından imtina edib.
Gülşən
Qaynarinfo.Az