Müsavatçı gənc fəal Oruc Novruzov (Danyal bəy) sabah dəfn ediləcək. Bu barədə məlumatı musavat.com-a faciəli şəkildə dünyasını dəyişən gəncin yaxınları veriblər.
Dəfn mərasimi İsmayıllının Lahic qəsəbəsində - Oruc Novruzovun doğulduğu yaşayış məntəqəsində keçiriləcək.
Xatırladaq ki, Oruc Novruzov bu gün günorta saatlarında Kür çayında boğularaq dünyasını dəyişib. Mərhumun bacısının bildirdiyinə görə, artıq cəsəd sudan çıxarılaraq, aidiyyəti üzrə ailəsinə təhvil verilib.
Qaynar.info