Xəbər lenti

Kurt Kobeynin gitarı rekord məbləğə satışa çıxarıldı
Sənət05:54 12.05.2020

Kurt Kobeynin gitarı rekord məbləğə satışa çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın məşhur Nirvana rok qrupunun rəhbəri olmuş Kurt Kobeynin akustik gitarı 1 milyon dollara hərraca çıxarılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Culiens Hərac Evinin saytında təqdim edilən gitarın ifaçının ölümündən 5 ay əvvəl, yəni 1993-cü il noyabrın 18-də MTV Unplagged akustik konsertində ifa etdiyi 1959 Martin D-18E olduğu açıqlanıb.
Hərrac 19-20 iyun tarixlərində Beverli Hillsdə keçiriləcək. Auksionda həmçinin Elvis Presli, Madonna, Maykl Cekson, Conni Kaş, Cim Morrison, Devid Bovi, Bob Marley, lton Con, Uitni Hyuston, Çer və başqa məşhur musiqiçilərin də əşyaları təqdim ediləcək.
Qeyd edək ki, ötən il 26 oktyabrda Culians Hərrac Evində Kurt Kobeynin özünün toxuduğu bir jilet 334 min dollara satılıb. Bundan başqa İn Utero turunda ifa etdiyi Fender Mustanq qitarası 340 min dollara çəkic altına düşüb.
Camal