Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri Yeni Azərbaycan Partiyasınını (YAP) Laçın rayon təşkilatının sədrinə həvalə olunub.
Report xəbər verir ki, Laçın rayon YAP sədri Aqil Nəzərliyə müvəqqəti olaraq icra başçısı vəzifəsi tapşırılıb.
A.Nəzərli artıq ictimaiyyətə təqdim olunub.
Xatırladaq ki, bu il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif İsmayıl oğlu Səlimovun Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, YAP-ın Laçın rayon təşkilatının bundan öncəki sədri Sevinik Hətəmov olub. S.Hətəmov prezidentin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda isə o Salyan rayon icra başcısıdır.
Qaynar.info