
ALP Putinə müraciət haqqında məlumatı təkzib edir
Azərbaycan Liberal Partiyası bir sıra KIV-lərin partiya sədri Əvəz Temirxanın Milli Şura adından Rusiya prezidentinə Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması haqqında qərarı sürətləndirmək xahişi ilə müraciət göndərməsi haqqında məlumatlarını təkzib edir. “Bəzi KIV-lər daha irəli gedərək, Əvəz Temirxanın müraciəti onlara dərhal göndərdiyini təsdiq edirlər”, deyə bəyanatda bildirilir.
“ALP bəyan edir ki, Liberal Partiyanın adından heç bir belə müraciət mövcud deyil və ALP sədri Əvəz Temirxan heç kimə və heç bir KIV-ə belə bir müraciət göndərməyib. Biz bunu Milli Şuraya və Azərbaycan Liberal Partiyasına qarşı çirkin provokasiya kimi qiymətləndiririk və tələb edirik bu cür yalanı dərc edən KIV-lər təkzib versinlər”, deyə bəyanatda vurğulanır.