"Bunun üçün Azərbaycanda rəqabət mühiti yaxşılaşmalı, bazar daha çox xarici şirkət üçün açılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Latviyanın Azərbaycana Avropanın "qapısı” olmağı təklif etməsinə münasibət bildirərkən deyib:
"Azərbaycan loqistik mərkəzə çevrilməsi üçün xeyli iş görüb. Şimal-Cənub, Şərq-Qərb dəmiryolu şəbəkələrinin yaradılması, həm də yeni açılacaq dəhlizlərin pesrpektivi, qonşu ölkələr üçün ölkəmiz üzərindən keçən yeni loqistik xətlərin hazırlanması, Orta Asiyaya Azərbaycan üzərindən daha asan və daha tez çıxışın əldə edilməsi, bütün bunlar ölkəmizi loqistik mərkəzə çevrilməsi üçün kifayət qədər perspektivli bölgəyə çevirir. Son zamanlar həm də hava daşımaclığı xeyli dərəcədə populyarlaşıb. Bu anlamda Azərbaycan hava daşımacılığı mərkəzinə də çevrilə bilər”.
Ekspertin fikrincə, bu təklifin reallaşması üçün Azərbaycan öz hava məkanını Avropa və dünya üçün daha rəqabətli hala gətirməlidir:
"Ölkəmizin infrastrukturla bağlı indiyə kimi əldə etdiyi uğurların ticarət dövriyyəsinin artırılması üçün istifadə edilməsi zamanıdır. Bunun üçün də hava yükdaşımaları ilə bağlı ölkədə olan inhisarçılıq meylləri aradan qaldırılmalıdır. Azərbaycan Avropa Birliyilə 3 ildən çoxdur davam edən danışıqları yekunlaşdırıb, nəhayət müqavilə bağlamalıdır. Bu zaman Azərbaycanın hava məkanının açılması, yükdaşımaların perspektivlərinin yüksəlməsi ölkəmizi daha önəmli hala gətirə bilər”.
Rüfət Sultan