Xəbər lenti

Lavrov: "Minsk Qrupunun həmsədrləri əvvəlcədən Rusiya və ABŞ olub, Fransa həmsədrliyə sonradan qoşulub"
Siyasət15:29 07.12.2020

Lavrov: "Minsk Qrupunun həmsədrləri əvvəlcədən Rusiya və ABŞ olub, Fransa həmsədrliyə sonradan qoşulub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fransa Minsk Qrupunun həmsədrliyinə daha gec qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
S. Lavrovun sözlərinə görə, Fransa Minsk Qrupunun həmsədrliyində əvvəlcədən təmsil olunmayıb: "ATƏT-in Minsk Qrupu həmsədrliyindən danışırıqsa, əvvəlcədən həmsədrlər Rusiya və ABŞ olub. Fransa daha gec - sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.