
Laosun paytaxtı Vyentyanda Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilir.
"Qaynarinfo.Az" APA-ya istinadən bildirir ki, görüş Asiya-Sakit Okean Əməkdaşlq Birliyinin sammiti çərçivəsində baş tutub.
Gözlənildiyi kimi, danışıqlarda Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediləcək, həmçinin regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Qaynarinfo.Az