
Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri Cenevrənin "Prezident Uilson" otelində görüş keçirirlər.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, görüşün başlıca mövzusu Suriyada terrora qarşı mübarizədə iki ölkənin fəaliyyətinin əlaqələndirilməsidir.
Görüşün hər hansı bir rəsmi sənədin qəbul edilməsi ilə yekunlaşacağı barədə dəqiq məlumat yoxdur. Görüşdən əvvəl iki ölkə diplomat və hərbçilərinin məsləhətləşmələri də keçirilib. Danışıqlarda Aleppo ətrafındakı vəziyyət, atəşkəsə əməl olunması və siyasi proseslərin nizamlanmasının müzakirəsi də nəzərdə tutulub. Tərəflərin Türkiyənin Suriyada apardığı əməliyyatları da müzakirə edəcəyi istisna deyil.Otelin yerləşdiyi rayon səhər açılandan polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Qızılgül
Qaynarinfo.Az