Xəbər lenti

Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Siyasət17:52 02.05.2016

Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Qaynarinfo.az