Xəbər lenti

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşdü
Siyasət16:54 18.08.2023

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 18-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə 12 Avqust Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.
APA Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
Həmçinin "Beşlik” formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.