
"Müxtəlif beynəlxalq forumlarda Rusiyaya sanksiyalar tətbiq edən bəzi xarici ölkələrin nazirləri məni qırağa çəkir, pencəyinin düymələrini bağlaya-bağlaya vəziyyətdən çıxmaq üçün xahiş edirlər. Biz istəmirik, amma məcbur edirlər. Konsensus, həmrəylik... Ölkələrin əksəriyyəti bu fikirdədir və onlar bilirlər ki, bu prosesin arxasında dayanan dirijorun özünə heç bir zərər dəymir, o özünün geosiyasi ambisiyalarını həyata keçirmək istəyir. Yəqin beynəlxalq əlaqələrdə gərgin dövrlər qaçılmazdır. Bu da keçəcək. Ancaq hər şeydən öncə bunu hamı yaxşı-yaxşı anlamalıdır - dünya artıq birqütblü olmayacaq", - Sergey Lavrov ORT kanalına açıqlamasında bildirib.
Qaynar.info