
"Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bütün mümkün köməyi göstərməyə hazırdır".
Bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.
M.Zaxarova qeyd edib ki, hazırda təmkin göstərmək və sabitliyə qayıtmaq lazımdır: "Tərəflər möhkəm nizamlanmanın əldə edilməsinə yönəldiləcək danışıqlar prosesini bərpa etməlidirlər. Əldə edilmiş razılaşmalar əsasında hərbi risklərin azaldılması üzrə işləri fəallaşdırmaq önəm kəsb edir".//trend
Qaynarinfo.az