Xəbər lenti

“Qarabağ” mərhələ keçsə, hansı səbətə düşəcək? (SİYAHI)
İdman09:55 23.08.2017

“Qarabağ” mərhələ keçsə, hansı səbətə düşəcək? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının qrup mərhələsi üçün səbətlərin tərkibi açıqlanıb. "Qaynarinfo" xəbər verir ki, artıq bu mərhələnin 32 iştirakçısından 27-si bəllidi. Qalan 5 xoşbəxtin adı bu gecə keçiriləcək "play-off" mərhələsinin son oyunlarından sonra müəyyənləcəşək.

27 komandadan yalnız "Seltik"in yer alacağı səbət bəlli deyil. "Astana"nı keçən Şotlandiya klubu böyük ehtimalla 4-cü səbətə düşəcək. Bu "Liverpul"dan aslıdı. İngiltərə klubu "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, əks halda 3-cü səbətdə yer alacaq. "Liverpul" səfərdəki ilk oyunda rəqibini 2:1 hesabı ilə yenib. 

"Play-off"un qalan 4 cütlüyün qalibi 4-cü səbətə düşəcək. Onlardan biri "Kopenhagen" - "Qarabağ" cütlüyünün qalibi olacaq. "Qarabağ" ilk oyunda Danimarka klubunu 1:0 hesabı ilə yenib. Azərbaycan çempionu bu gün sərfəli nəticə əldə etsə, püşkatma zamanı ən zəiflərin yer aldıtı sonuncu səbətdə yer alacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

Səbətlər

I səbət: “Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor”.

II səbət: “Barselona”, “Atletiko”, PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”.

III səbət: “Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”, “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi və ya “Seltik”.

IV səbət: “Feyenord”, “Maribor”, “Leypsiq”, “Seltik” və ya “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

Qaynarinfo.Az