Xəbər lenti

Öldürdükləri adamı yedilər - FOTOLAR
Dünya04:54 02.11.2014

Öldürdükləri adamı yedilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demoktarik Konqo Respublikasında dəhşətli hadisə baş verib. Qaynar.info xəbər verir ki, insanlar öldürdükləri adamı yeyiblər.

Belə ki, "ADF-Nalu" terror təşkilatının üzvü olduğu ehtimal edilən bir nəfər özünü avtobusda şübhəli aparıb. Onun terrorçu olmasından şübhələnən avtobusun digər sərnişinləri üzərini axtarıblar. Daha sonra isə terrorçu olduğuna inandıqları avtobusdan endirərək daşlayaraq öldürüblər. 

Bununla kifayətlənməyən konqolular cəsədi əvvəlcə yandırıblar, daha sonra isə ətini yeyiblər.

Qeyd edək ki, Konqoda son həftələrdə bir neçə terror aktı baş verib. İŞİD-in Afrika qadanı hesab olunan radikal İslam terror təşkilatı "ADF-Nalu" aksiyala görə məsuliyyəti üzərinə götürüb. 

Qaynar.info