Dünya şöhrətli amerikalı basketbolçu LeBron Ceyms əfsanəvi həmkarı Maykl Cordanı geridə qoyub.
Qaynarinfo xəbər verir ki, Ceyms kariyerası ərzində əldə etdiyi xalların sayını 32 311-ə çatdırıb. O, əfsanəvi Cordanı 19 xal qabaqlayıb və bütün dövrlərin ən çox qazanan 4-cü basketbolçusu statusuna yiyələnib.
Qeyd edək ki, 34 yaşlı basketbolçu hazırda ABŞ-ın "Los Angeles Lakers" komandasında çıxış edir.
Gülşən